Hindistanda qatar insan kütləsinin içindən keçdi: 61 ölü, 72 yaralı - YENİLƏNİB - VİDEO - FOTO

 

Hindistanın Pəncab ştatında qatarın dini bayramda iştirak edən insan kütləsinə çırpılması nəticəsində azı 61 nəfər ölüb, daha 72 nəfər yaralanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü yerli hakimiyyət orqanlarına istinadən "Sinhua" məlumat yayıb.

"Hazırda 61 nəfər, o cümlədən qadınlar və uşaqlar ölüb və 72 nəfər yaralanıb, onlar xəstəxanalara yerləşdiriliblər", - agentlik yerli məmurun sözlərini sitat 

---------
07:05

Hindistanda qatarın altında qalaraq ölən insanların sayı 60-a çatıb.

 

Oxu.az  bildirir ki,  hadisə nəticəsində 70-dən çox adam xəsarət alıb.

Xəsarət alanların əksəriyyətinin vəziyyəti ağır kimi dəyərləndirilir.

Hadisə Daşar bayramı ilə əlaqədar keçirilən tədbirlər zamanı baş verib.

İstisna deyil ki, insanlar yanan fişənglər üzündən dəmir yolu xəttinə çıxıblar və bu zaman qatar altında qalıblar. Digər versiyaya görə, onlar bayram şənliyini dəmir yolu xəttində duraraq izləyiblər.

 

 

The moment when the DMU train 74943 stuck people watching Dussehra celebrations in Choura Bazar near (Source:Mobile footage-Unverified)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31