Putinin adamı sanksiya siyahısından çıxarıldı

ABŞ "Roskosmos"un rəhbəri Dmitri Roqozini müvəqqəti olaraq sanksiya siyahısından çıxarıb. Bu addım Roqozinin NASA rəhbərliyi ilə görüş üçün Vaşinqtona gəlməsi ilə bağlıdır.

NASA rəhbəri Cim Braydenstayn Ağ Evin bu addımı atmasını məntiqli sayıb və səfərdən sonra onun yenidən ABŞ-a gəlməsinə qadağanın qoyulacağını əlavə edib.

Xatırladaq ki, Dmitri Roqozin 2014-cü ildə Ukraynadakı hərbi münaqişədən sonra ABŞ-ın sanksiya siyahısına düşüb.

sia

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31