Sabiq baş nazir müavini korrupsiyada ittiham olunur
19 Oktyabr 2018 17:51 DünyaMalayziyada eks-baş nazirin müavini olmuş Əhməd Zahid Həmidiyə qarşı cinayət işi qaldırılıb.
Hazırda Birləşmiş Malayziya Milli Təşkilatının prezidenti olan Zahid Həmidi hakimiyyətdən sui-istifadə, korrupsiya və çirkli pulların yuyulmasında ittiham edilir. O, irəli sürülən cinayət maddələri ilə razılaşmır. Həmidinin tərəfdarları məhkəmə zalının qarşısına toplaşaraq onun saxlanılmasına etiraz edib, ittihamların siyasi xarakter daşıdığını bildiriblər.
"Qafqazinfo"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31