Əsas problem budur: Ukrayna, Suriya... - Nazarbayev
19 Oktyabr 2018 16:53 DünyaSanksiya və ticarət müharibələri beynəlxalq siyasətdə gərginliyi pik həddinə çatdırıb.
Bunu Asiya-Avropa sammitində çıxışı zamanı Qazaxıstan Prezidenti Nursultan Nazarbayev deyib. Onun sözlərinə görə, hazırkı şəraiti Karib böhranı ilə müqayisə etmək olar.
O, sammitin ABŞ, Rusiya, Çin, Avropa Birliyini və digər gücləri dünyadakı mövcud fikir ayrılıqlarını həll etməyə çağırmalı olduğunu bildirib:
"Əgər Ukrayna, Suriya və digər problemlər həll edilməsə, situasiya pisləşəcək. Ballistik raketlərin yayılması təhdidi qaldıqca beynəlxalq terrorizm də başlıca problem olaraq qalır".
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31