Putin və Mirziyayev Özbəkistanda ilk AES-in tikintisinə start veriblər

RF Prezidenti Vladimir Putin və Özbəkistan Prezidenti Şavkat Mirziyayev Özbəkistanda Rusiya dizaynlı ilk atom elektrik stansiyasının (AES) tikintisinə start veriblər.

V.Putinin Daşkəndə səfəri çərçivəsində iki dövlətin liderləri tərəfindən Rusiya-Özbəkistan Regionlararası Əməkdaşlıq Forumu zamanı videoəlaqə vasitəsilə AES-in inşaat işlərinə start verilib.

Mərasimdən sonra mühəndislər atom elektrik stansiyasının tikintisi üçün ərazinin seçilməsi işlərinə başlayıblar.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31