Ermənistanda kombinat əməkdaşları dövlətlərarası yolu bağlayıblar
19 Oktyabr 2018 16:39 DünyaErmənistanın Allahverdi şəhərindəki misəritmə kambinatının metal mis istehsal edən əməkdaşları Ermənistan-Gürcüstan sərhədinə və dəmir yolu xətlərinə aparan dövlətlərarası yolu bağlayıblar.
Onlar kombinatın işinin dayandırılmamasını tələb edirlər.
Problem Ermənistanın Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Müfəttişliyinin kombinatı ətraf mühitin qorunması qanunvericiliyini pozduğuna görə 380 milyon dram (700 min dollar) məbləğində cərimələməsindən sonra yaranıb.
Kombinat rəhbərliyi müəssisənin ekoloji problemlərə görə bağlanıldığını hesab edir, amma eyni zamanda zavodun Rusiyanın "VTB Bank"ına borcu var. 500 milyon dollar dəyərindəki kreditin və kredit faizlərinin ödənilməməsi səbəbindən kombinat bankın mülkiyyətinə çevrilib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31