Aldığı itin əslində siçan olduğunu sosial şəbəkədə öyrəndi

Çində maraqlı hadisə yaşanıb.

Olaylar.az xarici mediaya istinadən xəbər verir ki, dünyanın ən çox əhaliyə malik olan ölkəsində təklikdən əziyyət çəkdiyin iddia edən bir adam yerli  satıcıdan çox ucuz qiymətə bala it alıb. Lakin bir müddət sonra heyvanın əslində bir siçan olduğunu öyrənib.

Zaman keçdikcə heyvanda itə məxsus olamayan qəribəliklər hiss edən adam onun hansı cinsə məxsus olduğunu öyrənmək istəyib.

Heyvanın şəklini sosial şəbəkədə paylaşdığı zaman isə itin əslində Şərq Asiyada yaşayan, bambuk və digər bitkilərlə qidalanan bir bambuk siçanı olduğu ortaya çıxıb. 

Qeyd edək ki, Çində daha əvvəl də bənzər bir hadisə yaşanmışdı. Bir ailənin, it bilib aldığı və iki il saxladığı heyvanın ayı olduğu ortaya çıxmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31