Bolton özüylə Trampın dostunu da gətirir – Qlazevlə görüş

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri ilə Boltonla bərabər Ermənistana Nyu Yorkun eks-meri, Trampın kibertəhlükəsizlik üzrə müşaviri Rudolf Culiani də gələcək.

Bu sözləri öz Feysbuk səhifəsində erməni politoloq Suren Sərkisyan paylaşıb.

"Culiani Trampın şəxsi vəkilidir. 11 sentyabr teraktı zamanı o, Nyu Yorkun meri idi. Bir müddət əvvəl o, Corc Sorosu antixrist (bir növ, dəccal - red.) adlandırmışdı. Ona görə də yenə təkrar edirəm ki, Soros və ABŞ bir-birinə bağlı deyillər", - deyə o bildirib.

"Armenpress" saytı isə Culianinin Ermənistanda Avrasiya Həftəsi Forumunda iştirak edəcəyini bildirib. Onun burada Rusiya Prezidentinin regional iqtisadi inteqrasiya məsələləri üzrə müşaviri Sergey Qlazevlə görüşü nəzərdə tutulub.

Qeyd edək ki, Bolton Rusiya və Cənubi Qafqaz ölkələrinə oktyabrın 20-də səfər edəcək.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31