Sasna Çrer İrəvanda savaş başlada bilər – Seçki təhdidi
19 Oktyabr 2018 15:31 DünyaSasna Çrer Partiyası növbədənkənar parlament seçkisində həddən artıq radikal mövqedən çıxış edəcək.
Bu barədə informasiyanı "İrates" qəzeti yayıb.
"Əgər bu partiya parlamentdə ikinci böyük güc olmasa, o zaman onlar bu seçkinin saxtalaşdırıldığını elan edəcəklər. Bundan sonra bu partiya İrəvandakı polis alayını tutulmasından daha radikal yollara baş vuracaq və mübarizəsini davam etdirəcək. Hakimiyyətə yaxın mənbələr gələcəkdə parlamentdə dörd qüvvənin - Vətəndaş Müqaviləsi Partiyası, Luys Bloku, Sasna Çrer və Daşnaksütyun Partiyasının yer alacağını düşünürlər. Sonuncunun parlamentdə təmsil edilməsini şəxsən Nikol Paşinyan istəyir", - deyə məlumatda bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31