Gizli sənədləri mətbuata sızdıran FTB casusu həbs edildi
19 Oktyabr 2018 15:19 Dünya70-yə yaxın sənədi mətbuata sızdıran Federal Təhqiqat Bürosu (FTB) casusu Terri Ollböri həbs edilib.
2016-cı ilin fevralından 2017-ci ilin yanvarına qədər "The Intercept" saytında yayımlanan sənədlərdə FTB-nin "gizli qanunları" barədə məlumatlar yazılıb.
Məlumata görə, onların arasında fərqli milliyətlərə məxsus insanlar arasında qarşıdurmalar çıxarmaq da yer alıb.
Minnesota məhkəməsi ölkənin milli təhlükəsizliyini təhlükəyə saldığına hökm verərək Ollbörini 4 il müddətinə azadlıqdan məhrum edib.
"Qafqazinfo"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31