Əlcəzairdə niqaba rəsmi qadağa qoyuldu
19 Oktyabr 2018 15:12 DünyaƏlcəzair hökuməti iş yerində qadınların niqab taxmasına rəsmi olaraq qadağa qoyub.
Qadağa ötən gündən qüvvəyə minib.
Hökumət bu addımı niqabın şəxsiyyətin müəyyənləşdirilməsinə mane olması ilə izah edib.
Yerli müşahidəçilər niqaba qoyulan qadağanın ictimai rezonans yaradıb-yaratmayacağını qiymətləndirməkdə hələ ki, çətinlik çəkirlər. Hökumətin qərarının mühafizəkar əhval-ruhiyyəli dini təşkilatlar və bir qrup əhali tərəfindən tənqidlə qarşılanacağı istisna edilmir.
"Qafqazinfo"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31