Almaniyada atışma: polislər yaralanıb

Almaniyada atışma olub.

İnsident ölkənin qərbində, Reynland-Pfalts federal torpağının Kirxhaym-an-der-Vaynştrasse şəhərində qeydə alınıb.

Bildirilir ki, səhər saatlarında polisin əməliyyatı zamanı atəş səsləri eşidilib. İki polis əməkdaşı ağır yaralanıb. Onlardan biri qadındır.

Digər təfərrüatlar barədə hələ məlumat verilmir.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31