Ərdoğan: "Adriatikdən Çinə qədər uzanan bir ailəmiz var"

Türkiyə bundan sonra da Moldova xalqı, o cümlədən qaqauz türklərini dəstəkləməyə davam edəcək.

Bunu Moldovanın Komrat şəhərində qaqauz türkləri qarşısında çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"İslamofobiya və ksenofobiya, etnik mənada olan radikalizm, terrorizm xalqların dinc şəraitdə mövcudluğuna maneə yaradır. Qaqauzların belə problemlərlə qarşılaşmasına izn vermək olmaz. Biz Adriatikdən Böyük Çin səddinə qədər uzanan 300 milyonluq böyük ailəyik", - deyə o bildirib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31