Sərkisyan partiyasını təcili topladı

Ermənistanın Respublikaçılar Partiyasının icraedici orqanının növbədənkənar parlament seçkisiylə bağlı iclası keçirilib.

Bu sözləri öz Feysbuk səhifəsində erməni deputat Armen Aşotyan paylaşıb. Onun sözlərinə görə, iclas dünən baş tutub və onu eks-prezident Serj Sərkisyan idarə edib.

İclasda əsas müzakirə mövzusu Ermənistandakı siyasi situasiya, Seçki Məcəlləsində dəyişiklik və növbədənkənar parlament seçkisi olub.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31