ABŞ-da iki muzey jurnalistə görə Səudiyyə Ərəbistanının maliyyəsindən imtina edəcək
19 Oktyabr 2018 11:26 DünyaABŞ-da Nyu-York Metropolitan Muzeyi və Bruklin Muzeyi müxalifətçi jurnalist Camal Qaşıqçının itkin düşməsi ilə əlaqədar Səudiyyə Ərəbistanının maliyyəsindən imtina edəcək.
Bu barədə ABŞ-ın "The New York Times" qəzeti yazıb.
Qeyd edilir ki, C.Qaşıqçının itkin düşməsindən sonra yaranmış ictimai rezonans muzeylərin bir neçə tədbirdə - Bruklin Muzeyində suriyalı qaçqınlara həsr olunmuş sərgidə və Metropoliten Muzeyində Yaxın Şərq sənətinin kurasiyası haqqında seminarda Səudiyyə Ərəbistanının maliyyəsindən imtina etməsinə səbəb olub.
Bildirilir ki, bu muzey proqramları Səudiyyə Ərəbistanı hökuməti ilə bağlı qruplar tərəfindən dəstəklənirdi.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31