ABŞ-a məxsus vertolyot Filippin dənizində gəmiyə düşdü

ABŞ-ın "Sikorsky MH-60 Seahawk" vertolyotu qəzaya uğrayıb. Qəza nəticəsində vertolyot Filppin fənizndə "Ronald Reyqan" aviadaşıyıcısının üzərinə düşüb.

Hadisə ilə bağlı məlumat yayan ABŞ Hərbi Dəniz Qüvvələrindən bildiriblər ki, insident səhər saatlarında baş verib.

Yaralıların olduğu bildirilir, lakin dəqiq say deyilmir.

Hazırda yaralılara gəmidə tibbi yardım göstərildiyi qeyd edilir. Lazım olduğu təqdirdə yaralıların sahilə təxliyə ediləcəkləri bildirilib.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31