Yaşayış binasında YANĞIN - 100-dən çox sakin... - VİDEO

Rusiyanın Yekaterinburq şəhərində 16 mərtəbəli binada yanğın baş verib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, ilk öncə binanın 9-11-ci mərtəbələri, daha sonra 12-ci mərtəbəsi də yanmağa başlayıb.

İlkin məlumata əsasən, 100-dən çox sakin təxliyə olunub. Ölən və yaralananlar barədə məlumat verilmir. Hadisə yerində 15 ədəd yanğınsöndürən texnika və 47 yanğınsöndürən çalışır.

Yanğının səbəbləri araşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31