Tramp açıqladı: "Camal Qaşıqçı ölüb"

Çox böyük ehtimala görə, jurnalist Camal Qaşıqçı ölüb.

Bu sözləri ABŞ Prezidenti Donald Tramp jurnalistə cavabında deyib.

"Belə görünür... Olduqca təsirlidir", - deyə Ağ Ev rəhbəri bildirib.

Qeyd edək ki, C.Qaşıqçı 2 oktyabrda Səudiyyə Ərəbistanının İstanbul Baş konsulluğuna daxil olub və bir daha görünməyib.

Onun xüsusi sui-qəsdçilər tərəfindən öldürüldüyü ehtimal edilir.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31