Vladimir Putin: "ABŞ Camal Qaşıqçının itkin düşməsinə görə məsuliyyət daşıyır"
19 Oktyabr 2018 01:11 Dünya"Jurnalist Camal Qaşıqçı ABŞ-da yaşadığından onun itkin düşməsinə görə bu ölkə də müəyyən mənada məsuliyyət daşıyır".
Bunu Rusiya Prezidenti Vladimir Putin Valday forumunda çıxışı zamanı deyib.
Qeyd edək ki, 2017-ci ildən ABŞ-da yaşayan və "The Washington Post" qəzetinin köşə yazarı olan səudiyyəli jurnalist Camal Qaşıqçı bu il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna daxil olduqdan sonra yoxa çıxıb.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31