Vladimir Putin: "Tramp Rusiya ilə münasibətləri sabitləşdirmək istəyir"
18 Oktyabr 2018 18:23 Dünya"Donald Tramp haqqında guya onun heç kimi eşitməyib dinləməməsi barədə deyilənlər doğru deyil. Mən bu fikri bölüşmürəm".
Bunu Rusiya Prezidenti Vladimir Putin "Valday" beynəlxalq müzakirə klubunun iclasında deyib.
"Onunla normal, peşəkar dialoqumuz olub. Əlbəttə ki, o, dinləməyi bacarır. Onun həmsöhbətin arqumentlərinə reaksiya verdiyini görürəm. Mənim onunla müəyyən şeylərdə razılaşmadığım kimi, o da nədəsə razılaşmaya bilər. Amma bu, iki tərəfdaş arasında normal müzakirədir", - V.Putin bildirib.
Rusiya Prezidenti həmçinin Donald Trampın Rusiya ilə münasibətləri sabitləşdirmək və tarazlaşdırmaq istədiyini söyləyib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31