Çilidə 720 min litr neft çaya axıb

Çilidə külli miqdarda neft sızması baş verib.

Argentinanın YPF neft-qaz şirkətinə məxsus 720 min litrə yaxın neft Çilinin Terra-del-fueqo ərazisində çaya axıb. Şirkətin yaydığı məlumata görə, neft emalı zavodunun yanından axan çayın təxminən 6 min kvadratmetri çirklənməyə məruz qalıb. Bölgədə fövqəladə vəziyyən elan edilib. 

Yerli hakimiyyət bildirib ki, çayı bir neçə həftəyə təmizləmək mümkün olacaq. O da qeyd edilir ki, neft sızmasına görə xəsarət alan insan və heyvanlar barədə hələlik məlumat daxil olmayıb. 

"Qafqazinfo"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31