Bütün dünyanın danışdığı adam: “2045-ci ildən gəlmişəm” — VİDEO

2045-ci ildən gəldiyini deyən şəxsin görüntüləri sosial şəbəkədə rezonansa səbəb olub.

Gələcəkdən gələn qonaq olduğunu iddia edən şəxs əlindəki video çarxı da sübut kimi göstərib. O, gəldiyi ildə süni intellektin qlobal hökuməti idarə etdiyini və gələcəkdə dövlətlər deə bir məhfumun olmayacağını söyləyib.

Şəxsiyyətini açıqlamayan zaman səyyahı zaman mexanizminin yadplanetli texnologiya sayəsində istehsal edildiyini və ictimaiyyətdən gizli saxlanıldığını bildirib. Bu qurğu 2028-ci ildə insanlara təqdim ediləcək. Bir çox sosial şəbəkə istifadəçisi isə 27 ildən sonra bu qədər güclü texnoloji inqilabın ola biləcəyinə inanmadığını bildirib.

Zaman səyyahı isə gələcəkdə özəl həyat sirrinin olmayacağını və gələcəyin düşünüldüyü kimi pis olmadığını amma günümüzdən çox fərqli olduğunu bildirib. 2045-ci ildən gəldiyini iddia edən şəxs mobil telefonunda uçan maşınları və meqa şəhərləri göstərən bir video çarxı sübut kimi göstərib.

Ölkə.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31