Parlament qərar verdi: Kosova ordu yaradır

Kosova parlamenti təhlükəsizlik qüvvələrinin orduya transformasiyası haqqında qərar qəbul edib.

Parlamentdə Müdafiə Nazirliyinin yaradılmasına 101 deputat səs verib. Nazirliyin yaradılmasının əleyhinə isə yalnız bir deputat çıxıb.

Səsvermə zamanı iclas zalını Serb Siyahısı Partiyasının deputatları tərk ediblər.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31