İsfahanın yeganə SES-i işini dayandırdı - SƏBƏB?

İranda yağıntıların azalması nəticəsində Zayəndə çayında su səviyyəsi enib və İsfahanın yeganə Su Elektrik Stansiyası işini dayandırıb.

Bunu Zayəndə çayı Su Elektrik Stansiyasının və Su Bəndi İdarəsinin direktoru Mahmud Çitçian deyib.

Onun sözlərinə görə, bölgədə 13 ildir davam edən quraqlıq SES-in elektrik istehsalına təsir göstərib və istehsalın bu illərdə azalmasına gətirib çıxarıb. Beləliklə, İsfahanın yeganə SES-i elektrik istehsalı dövriyyəsindən çıxıb.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31