Serj Sarqsyan məhkəməyə verilib
18 Oktyabr 2018 14:14 DünyaErmənistan baş prokurorunun keçmiş müavini Armen Danielyan ölkənin sabiq Prezidenti və Baş naziri Serj Sarqsyanı məhkəməyə verib.
Sabiq müavin işdən azad edilməsi barədə o vaxtkı Prezident Serj Sarqsyanın sərəncamını qanunsuz sayır.
O iddia edib ki, 2008-ci il martın 1-də prezident seçkilərinin nəticələrinə qarşı keçirilən etiraz aksiyası ilə bağlı qəbul olunan qərarlara, habelə parlamentdə bu siyasi kampaniyanın nəticələrinin təsdiqlənməsinə müxalif olub.
Baş prokurorun keçmiş müavini ölkədəki korrupsiyaya qarşı olduğunu da müraciətində vurğulayıb.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31