Əfqanıstanda NATO-nun konvoyuna hücum olub
18 Oktyabr 2018 14:12 DünyaƏfqanıstanın şimalında intiharçı-kamikadzenin NATO konvoyuna hücumu nəticəsində 2 mülki şəxs ölüb, 2 mülki şəxs və 3 hərbçi yaralanıb.
Bunu Pərvan rayonunun polis rəisi Mahfuz Vəlizadə deyib.
Bildirilib ki, hadisə konvoy NATO-nun Baqramdakı hərbi bazasının yaxınlığından keçərkən baş verib.
NATO rəsmiləri məsələ ilə bağlı açıqlama verməyiblər.
Hücumun məsuliyyətini üzərinə götürən "Taliban" isə hadisə nəticəsində ABŞ-ın 3 hərbçisinin öldüyünü bildirib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31