Sığortadan pul almaq üçün özünü ölülüyə vurdu, ailəsi bu dərdə dözməyib intihar etdi
18 Oktyabr 2018 13:28 DünyaÇində dəhşətli hadisə qeydə alınıb.
Sığorta şirkətindən pul ala bilmək üçün özünün ölülüyə vuran şəxsin planları pis nəticələrə səbəb olub.
Hadisə Xinhua bölgəsində baş verib. 34 yaşlı He 100 min yuandan çox borcu olduğu üçün özünü avtomobil qəzasında həlak olmuş kimi göstərib. He arvadının sığortadan pul almasını gözlədiyi halda, işlər tamam fərqli məcraya yönəlib. Ərinin planından xəbərsiz olan qadın baş verən faciəyə dözə bilməyib və hadisədən bir neçə gün sonra iki övladı ilə birlikdə intihar edib.
Ana və körpələrin meyiti bir göldə tapılıb. He isə polisə gedərək təslim olub.
Ölkə.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31