Moldova parlamenti Avropaya inteqrasiya maddəsinin Konstitusiyaya əlavə olunmasından imtina edib
18 Oktyabr 2018 13:06 DünyaMoldova parlamentinin deputatları ölkə Konstitusiyasına Avropa İttifaqına inteqrasiya ilə bağlı maddələrin salınmasına qarşı səs veriblər.
Bu barədə "Sputnik Moldova" məlumat verib.
Məlumata görə, müvafiq təşəbbüs cəmi 54 deputat tərəfindən dəstəklənib, onun reallaşması üçün isə azı 67 səs lazım idi.
"Sputnik Moldova" bildirir ki, təşəbbüsün əleyhinə çıxanlar sotsialistlər və kommunistlər olub, liberallar və liberal-demokratlar isə səsvermə başlamazdan əvvəl iclası tərk ediblər.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31