Yaponiyada oktyabrın ortalarında sakura ağacları çiçəkləyib
18 Oktyabr 2018 12:55 DünyaYaponiyada cövlan edən tufanlar son bir neçə həftə ərzində ölkənin bütün ərazisində sakura ağaclarının çiçəkləməsinə səbəb olub.
Oktyabrın 14-dək meteoroloji şirkət Yaponiyanın qərbində yerləşən Kyüşü adasından başlamış Hokkaydo adasınadək çox geniş ərazidə sakuraların çiçəkləməsi barədə 354 məlumat alıb.
Ağaclar üzrə mütəxəssis Hiroyuki Vada bildirib ki, sakuranın ən geniş yayılmış növü olan "Someiyoşino" yayda çiçək tumurcuqları çıxarır. Adətən bu tumurcuqlar ağacların yarpaqları tərəfindən istehsal edilən hormonlar nəticəsində çox gec çiçək açır.
Bu il güclü külək ağacların yarpaqlarını sovurduğuna görə, tumurcuqların çiçəkləməsi asanlıqla baş verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31