Almaniya Suriya və İraqa 100 milyon avro vəsait ayıracaq
18 Oktyabr 2018 12:46 DünyaAlmaniya hökuməti ilin sonunadək Suriya və İraqın bərpası məqsədilə 100 milyon avro vəsait ayıracaq. Bu vəsait "İslam dövləti" terrorçu təşkilatından geri alınmış əyalətlərin bərpasına sərf olunacaq.
Ayrılan məbləğin 90 milyon avrosu İraqa, 10 milyonu isə Dəməşqin nəzarəti altında olmayan Suriyanın Raqqa və Deyr-əz-Zor əyalətlərinə göndəriləcək.
Hökumətin məlumatında vurğulanır ki, bu pulların köməyi ilə zərərçəkmiş bölgələrdə əsas infrastrukturun, xüsusən su təchizatı və kanalizasiya sisteminin, yol və körpülərin bərpası nəzərdə tutulur. Əsas kommunikasiyaların fəaliyyəti isə uzunmüddətli perspektivdə şəhərlərin bərpası üçün zəmin yaradacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31