Tehranda 2 milyon nəfərin xəsarət alması qaçılmazdır, əgər...

Tehranda zəlzələ baş verdiyi halda 2 milyon nəfərin xəsarət alması qaçılmazdır. Tehranda zəlzələyə sadəcə 20% hazırlıq var.

Bunu İranın Böhranın İdarə Olunması Təşkilatının sədri İsmayıl Nəccar deyib.

Onun sözlərinə görə, 10 milyon əhalisi olan Tehranın 8 milyon nəfəri zəlzələ baş verdiyi zaman dolayısı ilə təsir altına düşəcək. Bu qədər əhalini müvəqqəti yerləşdirmək üçün Tehran qədər ərazisi olan 3-4 yerə ehtiyac var. Çünki hazırkı vəziyyətdə Tehranın sadəcə 1-3 milyon sakinini müvəqqəti şəkildə yerləşdirmək mümkündür.

Təşkilat sədri Tehranın su təminatı ilə bağlı alternativ su anbarlarının yaradılmasının vacibliyini də qeyd edib: "Hər halda zəlzələ baş verdikdə paytaxtın su sistemi bir müddət fəaliyyətini dayandıracaq. Su anbarları isə yalnız bir müddətlik sakinlərin su ehtiyacını təmin edə bilər".

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31