ABŞ və Kuba arasında BMT-də qalmaqal yaşandı

ABŞ-ın BMT yanında daimi nümayəndəliyinin təşkil etdiyi Kubaya aid tədbirdə ABŞ nümayəndəsinin çıxışı kubalı diplomatların səs-küylü etirazına səbəb olub.

ABŞ-ı təmsil edən səfir Kelli Körrinin çıxışı zamanı kubalı diplomatlar ABŞ-ın Kubaya qarşı blokadasına etiraz olaraq əllərini masaya vuraraq, "Kubaya Hə, blokadaya Yox" şüarını səsləndiriblər.

Kelli Körri bir neçə dəfə BMT-nin təhlükəsizlik xidmətinin əməkdaşlarından kubalıları otaqdan çıxarmalarını xahiş edib. Lakin onlar heç bir müdaxilə etməyiblər. Çünki BMT-nin təhlükəsizlik xidmətinin protokoluna əsasən, akkreditə olunmuş diplomatların toxunulmazlıq hüququ var. Kubalı diplomatlar da BMT tərəfindən akkreditə olunduqlarına görə, onlar toxunulmaz hesab olunur və onlara qarşı heç bir fiziki güç tətbiq edilə bilməz.

Geniş nitqində ABŞ nümayəndəsi Kubada siyasi məhbusların olduğunu vurğulayıb və bu ölkənin hökumətini sərt tənqid edib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31