Lavrov: "Uzunmüddətli problem başladı..."
18 Oktyabr 2018 11:49 DünyaUkrayna Pravoslav Kilsəsinə avtokefaliya verilməsi layihədir.
Bunu "RT Frans"a açıqlamasında Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.
"Niyyət aydındır. Bu, Ukraynanı Rusiyadan təkcə siyasi yox, həm də mənəvi baxımdan uzaqlaşdırmaq üçün atılan addımdır. Artıq bir sıra yerli pravoslav kilsələrdən etirazlar gəlib. Məncə, bu, sadəcə bir-iki günlük reaksiya deyil, bu, uzunmüddətli problemdir", - deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31