Britaniyada hər üç yeniyetmədən biri psixi pozuntudan əziyyət çəkir
18 Oktyabr 2018 11:40 DünyaBritaniyanın xeyriyyə təşkilatı "Action for Children" yeniyetmələr arasında genişmiqyaslı sorğu keçirib.
Sorğu nəticəsində məlum olub ki, Birləşmiş Krallıqda hər üç yeniyetmədən biri depressiya, daimi həyəcan və qorxu hissi və ya narahat yuxu kimi psixi pozğunluqlara məruz qalıb.
Qeyd olunur ki, sorğuda iştirak edən 5555 respondentin 13 yaşdan 15 yaşadək kateqoriyasında olan 1840 nəfəri psixi pozğunluqlarının olduğunu bildiriblər.
"Action for Children" xeyriyyə təşkilatının icraçı direktoru Culiya Bentli güman edir ki, bunu ailələrdəki mənfi atmosferlə, uşaqların məktəblərdə üzləşdikləri təzyiqlərlə izah etmək olar.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31