Pompeo: "Türkiyəyə qarşı sanksiyalar ləğv edilə bilər"

ABŞ Türkiyəyə qarşı pastor Endrü Bransonla əlaqəli tətbiq edilmiş sanksiyalar barədə yaxın zamanda qərar qəbul edəcək.

Bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeo Türkiyəyə səfəri zamanı jurnalistlərə bildirib.

M.Pompeo deyib: "Yaxln zamanda biz qərar qəbul edəcəyik. Hazırda onları ləğv etmək məntiqli olardı, amma son qərar hələki qəbul edilməyib. Mən bunu prezident ilə müzakirə etməliyəm".

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31