Əfqanıstanda partlayış zamanı 5 çexiyalı hərbçi yaralanıb

Ötən gün NATO-nun Əfqanıstandakı aviabazası yaxınlığında parklanmış avtomobil partlayıb.

Aviabazanın qorunmasında iştirak edən 5 çexiyalı hərbçi partlayış zamanı yaralanıb.

Bildirilir ki, çexiyalı hərbçilər avtomobil ilə keçərkən aviabazanın yaxınlığında dura digər avtomobil partlayıb və nəticədə hərbçilərin olduğu avtomobil aşıb. Onlardan 4-ü yengül, 1-i isə ağır yaralanıb.

Bütün yaralılara hadisə yerində tibbi yardım göstərilib və daha sonra onlar helikopterlə Bahram aviabazasının xəstəxanaslna çatdırılıblar.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31