Jurnalisti mahnı sədaları altında doğrayan kişinin FOTOsu - İngiltərədə təhsil alıb
18 Oktyabr 2018 10:11 DünyaOktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna girdikdən sonra bir daha xəbər alınmayan jurnalist Camal Haşoqqinin ölümü ilə bağlı araşdırmalar davam etdirilir.
Olaylar.az Milli.Az-a istinaden bildirir ki, onu işgəncə ilə öldürənlərdən birinin adı açıqlanıb. New York Times-ın məlumatına görə, "The Washington Post" qəzetinin köşə yazarı Camal Haşoqqini öldürən şəxsin adı Salah əl-Tubaqidir. O, qışqırıqları eşitməmək üçün yüksək səsli musiqi sədaları altında dəmir kəsən mişarla Haşoqqinin bədənini parçalayıb.

Salah əl-Tubaqi Britaniya universitetinin məzunudur. O, 2004-cü ildə Qlazqo universitetini bitirib. Autopsiya üzrə ekspert kimi fəaliyyət göstərib. Salah Haşoqqinin ölümündə şübhəli bilinən 15 nəfərdən biridir. Onun oktyabr ayının 2-də Atatürk hava limanında görüntülənməsi iddiaları daha da gücləndirir.
