Qrızlov: "Pravoslavlığı Ukrayna parçalayır"
17 Oktyabr 2018 19:05 DünyaUkrayna pravoslavlığın dağıdılmasına edilən cəhdlərin meydanına çevrilib.
Bunu jurnalistlərə açıqlamasında Vahid Rusiya Partiyasının Ali Şurasının sədri Boris Qrızlov deyib. Onun sözlərinə görə, pravoslavlığın parçalanmasının səbəbləri kilsədə yox, siyasətdədir:
"Ukrayna hökumətinə ictimai parçalanma üçün gərginliyin artırılması lazımdır. Öz strategiyası çərçivəsində Kiyev hökuməti öz ölkəsinin bütün ictimai institutlarını dağıtmağa hazırdır. Tamamilə aydındır ki, təqdim edilən layihə pravoslavlar arasında parçalanmanı artırır".
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31