Tramp 2020-ci il seçkilərinə bu şüarla gedəcək

ABŞ prezidenti Donald Tramp 2020-ci il prezident seçkilərinə hazırlaşır.

Tramp 2020-ci ildə keçiriləcək prezident seçkilərində də namizədliyini irəli sürəcəyini bildirib. O, "The Associated Press" nəşrinə müsahibəsində deyib: 

"Hər zaman görüləsi işlər var. Bizim yeni şüarımız "Amerikanın böyüklüyünü qoruyaq"dır.

Dövlət başçısı bildirib ki, "düzgün olmayan insan"ın onun uğurlarını dağıtmasını istəmir: "Mən öz işimin öhdəsindən əla gəlirəm".

Tramp sabiq vitse-prezident Cozef Baydeni özünə rəqib görür.

Ölkə.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31