Dünya turistləri 1 ildə nə qədər xərcləyib - Şok rəqəm
17 Oktyabr 2018 18:29 DünyaAnalitiklər 2017-ci il ərzində dünya turistlərinin 1 trilyon 317 milyard 169 milyon ABŞ dolları dəyərində pul xərclədiyini açıqlayıb.
Həmçinin turizmdən ən çox gəlir əldə edən 10 dövlətin siyahısı da tərtib edilib.
Reytinqdə birinci yerdə ABŞ (211 milyard, 16%), ikinci yerdə İspaniya (68 milyard, 5,15%), üçüncü yerdə Fransa (61 milyard, 4,6%) qərarlaşıb. Beşlikdə isə Tailand (57 milyard, 4,3%) və Böyük Britaniya (51 milyard, 3,9%) yer alır.
Onluğa İtaliya, Avstraliya, Almaniya, Makao (Çinin xüsusi inzibati rayonu) və Yaponiya daxildir.
Dünya turistlərinin təxminən yarısının (49%) xərcləri bu ölkələrə sərf olunub.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31