Vladimir Putin Türkiyəyə səfər edəcək
17 Oktyabr 2018 17:29 DünyaRusiya Prezidenti Vladimir Putin Türkiyəyə səfər edəcək.
Bunu dövlət başçısının köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel və Fransa Prezidenti Emmanuel Makron arasında 4 tərəfli zirvə toplantısı keçiriləcək. Toplantının yaxın zamanlarda gerçəkləşəcəyi gözlənilir. Sammitdə Suriyadakı vəziyyətin müzakirə edilməsi planlaşdırılır.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da V.Putinin Türkiyəyə səfər edəcəyini təsdiqləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31