Motosikletlə məşhurlaşan bloqçu qız həlak oldu
17 Oktyabr 2018 16:49 DünyaRusiyanın məşhur bloqçularından sayılan 22 yaşlı Olqa Petrova həlak olub.
Motosikletlə bağlı videoları ilə məşhurlaşan və yüz minlərlə izləyicisi olan Olqa Moskvada qəza keçirib. Bir avtomobillə toqquşan qızı xəstəxanaya aparıblar. Reanimasiya şöbəsinə yerləşdirilən 22 yaşlı bloqçunu xilas etmək mümkün olmayıb.
Olqa motosikleti ilə sürətlə irəliləyərkən önündəki avtomobil anidən döngəyə girib. Heç bir işarə vermədən dönmə əməliyyatı edən avtomobilə Olqanın motosikleti sürətlə çırpılıb. Rusiyanın ən seksual və gözəl motosikletçisi bu qəza nəticəsində həlak olub.
Ölkə.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31