Beynəlxalq Orqan Nəqli Şəbəkəsinin qurultayı keçiriləcək

Oktyabrın 17-dən 21-dək Türkiyənin Antalya şəhərində Beynəlxalq Orqan Nəqli Şəbəkəsinin birinci qurultayı keçiriləcək. Milli Məclisdən "Olaylar"a bildirilib ki,  tədbirdə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev iştirak edəcək. Türkiyə Orqan Nəqli Vəqfinin Türkiyənin Səhiyyə Nazirliyi ilə əməkdaşlığı çərçivəsində təşkil olunmuş qurultayda orqan nəqli sahəsində son elmi yeniliklər müzakirə olunacaq, peşəkar inkişaf üçün bu sahədə təcrübə mübadiləsi aparılacaqdır.Tədbir çərçivəsində dünyanın müxtəlif ölkələrinin tibb mütəxəssisləri ilə görüşlər də nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31