Dmitri Peskov: "Krımdakı partlayışın səbəbi kimi terror hücumu versiyası nəzərdən keçirilir"
17 Oktyabr 2018 16:04 DünyaUkraynanın işğal olunmuş Krım bölgəsinin Kerç şəhərində baş vermiş partlayışın əsas səbəbi kimi terror hücumu versiyası nəzərdən keçirilir.
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, dövlət başçısı Vladimir Putinə Milli Antiterror Komitəsindən binada naməlum cihazın partlaması barədə məlumat verilib.
Qeyd edək ki, bu gün Kerç şəhərindəki Politexnik kollecinin binasında partlayış olub. Nəticədə ilkin məlumatlara görə, təxminən, 10 nəfər ölüb, 40-dan çox adam yaralanıb.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31