Lopez Ledi Qaqanı ağlatdı
17 Oktyabr 2018 15:22 DünyaAmerikalı müğənni-aktrisa Ledi Qaqa "Hollivud xanımları" adlı mükafat gecəsində göz yaşlarını saxlaya bilməyib.
32 yaşlı Qaqa səhnəyə çıxarkən onun ünvanına xoş sözlər deyərək təqdim edən Cennifer Lopezi qucaqlamağa başlayıb. Duyğulu anlar yaşayan sənətçi bir neçə dəqiqə danışmaqda çətinlik çəkib.
O, həmkarına dəstək üçün təşəkkürünü bildirib: "Mənə ümid verdin. Bu gözəl təqdimat üçün təşəkkürlər. Mənə çox böyük ilham verirsən".
"Qafqazinfo"


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31