Rusiyada baş nazirin müavini həbs edildi

Krımın Baş nazirinin müavini Vitali Naxlupin Moskvada həbs edilib.

Bunu jurnalistlərə açıqlamasında Krımın Baş naziri Sergey Aksyonov deyib. Onun sözlərinə görə, hazırda bir sıra rəsmi şəxslərə qarşı istintaq başladılıb. O bu şəxslər arasında Krım Yol Təsərrüfatı Komitəsinin sədri, "Krımenerqo", "Krımqazset"in rəhbərinin də olduğunu bildirib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31