İsrail Qəzza zolağı ilə sərhədləri bağladı

İsrail Qəzza zolağı ilə bütün sərhədləri bağlayıb.

İsrailin Müdafiə naziri Aviqdor Liberman bu barədə bütün sərhəd-keçid məntəqələrinə tapşırıq verib. MN-nin mətbuat xidmətinin məlumatına görə, bu addım Qəzza tərəfindən İsrailin cənubuna raket hücumundan sonra atılıb.  

Qeyd edək ki, gecə Qəzza zolağından İsrailın cənub ərazisinə raket atılıb, raket Beer-Şeve şəhəri yaxınlığında partlayıb. İsrailin Hərbi Hava Qüvvələri də hücuma cavab olaraq Qəzzaya zərbələr endirməyə başlayıblar.

"Qafqazinfo"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31