"Survivor Türkiyə" yarışmasının formatı dəyişdi
17 Oktyabr 2018 14:11 Dünyaİlk dəfə 2005-ci il də "Survivor: Böyük Məcara" adı ilə yayımlanan və böyük izləyici marağına səbəb olan "Survivor Türkiyə" yarışmasında bu il mühüm dəyişikliklər edilib.
Olaylar.az xəbər verir ki, TV8 kanalında yayımlanan bir proqramın canlı yayımına qatılan Acun Ilıcalı bu barədə açıqlama verib. O, bildirib ki, "Survivor"ın builki konsepti Türkiyə-Yunanıstan olacaq:
"Yarışma eyni vaxtda iki ölkədə yayımlanacaq. Proqramların montajları fərqli olacaq. Yunanıstanda yayımlanacaq yarışmada iştirakçıların ada həyatları daha çox ekrana gələcək. Ancaq oyunlar hər iki tərəf üçün eyni, olduğu kimi yayımlanacaq. Adaların birində türklər, digərində isə yunanlar olacaq. Hər iki komandanın bir-birinə qarşı mübarizəsini izləyəcəyik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31