Tramp yardımı kəsməklə təhdid etdi

ABŞ prezidenti Donald Tramp "Twitter" hesabında maraqlı açıqlama yayıb

Olaylar.az xarici mediaya istinadən xəbər verir ki, Tramp Honduras, Qvatemala və El-Salvador ölkələrini onlara edilən yardımları kəsməklə təhdid edib. O bildirib ki, ABŞ-a qeyri-qanuni yollardan girən hər kəs ölkələrinə geri göndərilmədən əvvəl həbs olunacaq:

"Bu gün Honduras, Qvatemala və El-Salvador ölkələrinin, vətəndaşlarına və ya başqalarına, ölkəmizə qeyri-qanuni yollardan daxil olmalarına imkan verdiyi məlumatını aldıq. Sərhədlərimizə və ABŞ-a səyahət etmələrinə icazə verilərsə, onlara edilən bütün ödəmələri dayandıracağıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31