Maykl Pompeo: “Camal Qaşıqçının itkin düşməsində əli olan yüksək səviyyəli məmurlar məsuliyyətə cəlb ediləcəklər”

"Jurnalistin itkin düşməsinin araşdırılması şəffaf olacaq, iştirakçılar, o cümlədən yüksək səviyyəli məmurlar da məsuliyyətə cəlb ediləcək".

Bunu oktyabrın 17-də Ankarda Türkiyə rəhbərliyi ilə danışıqlar aparan ABŞ-ın dövlət katibi Maykl Pompeo bildirib.  

O əlavə edib ki, rəsmi əl-Riyad Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda itkin düşən jurnalist Camal Qaşıqçı ilə bağlı məsələnin sonadək araşdırılmasında maraqlıdır: "Səudiyyə Ərəbistanı hadisədə əli olan hər kəsi həbs etməyi planlaşdırır".

Qeyd edək ki, Maykl Pompeo Camal Qaşıqçının itkin düşməsi ilə bağlı məsələni oktyabrın 16-da Ər-Riyadda Səudiyyə Ərəbistanının kralı Salman və vəliəhd şazadə Məhəmməd ibn-Salmanla müzakirə edib. Oktyabrın 17-də isə o, Türkiyəyə səfərdə olub, Prezident Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çabuşoğlu ilə itkin düşən jurnalistlə bağlı məsələni müzakirə edib. 

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31